“Nyukasl”ın cinah hücumçusu Entoni Qordon transfer xəbərlərinin artıq onun çıxışına təsir etməyəcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, ötən yay AVRO-2024-dən sonra “Liverpul”a mümkün keçidin baş tutmamasının psixoloji olaraq ona mənfi təsir etdiyini etiraf edib və bu durumun performansına zərər verdiyini bildirib.

Qordon mövzu ilə bağlı belə deyib:

“Artıq kifayət qədər transfer söhbətindən keçmişəm və bilirəm ki, bunların çoxu cəfəngiyyatdır. Mən özümə və komandaya fokuslanmışam, indiki ana köklənmişəm. Gələcəyə həddən artıq baxanda performansın düşür.”

Qeyd edək ki, "Liverpul" onun üçün 110 milyon avro ödəməyə hazırdır.