Nik Voltemadenin “Nyukasl Yunayted”dəki vəziyyətindən narazı olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki,24 yaşlı hücumçu ötən ilin avqustunda “Ştutqart”dan 75 milyon avro qarşılığında transfer olunsa da, artıq Bundesliqaya geri dönməyi nəzərdən keçirir.
Məlumata görə, Voltemade üçün “Ştutqart”a qayıdış və ya “Bayern”ə transfer variantları cəlbedici hesab olunur. Qeyd olunur ki, “Bayern” futbolçu ilə ötən yay da maraqlanmışdı.
Bu mövsüm Voltemade bütün turnirlərdə 38 oyunda 10 qolla yadda qalıb. Onun gələcəyi ilə bağlı qərarın mövsümün sonunda verilməsi gözlənilir.


