“Liverpul” hücum xəttini gücləndirmək üçün Rodriqonun vəziyyətini yaxından izləyir.

Offsideplus.az xəbər verir ki, Mohamed Salah klubdan ayrılacağı təqdirdə, “qırmızılar” braziliyalı cinah oyunçusu üçün rəsmi addım ata bilər. Rodriqo Salahın potensial əvəzləyicilərindən biri kimi əsas namizədlər sırasında göstərilir.

“Enfild” rəhbərliyi Salahın mümkün gedişi fonunda hücum xəttini yenidən formalaşdırmaq üçün artıq alternativləri dəyərləndirir.