"Everton"un futbolçusu Cek Qriliş üçün mövsüm erkən başa çatıb.

Offsideplus.az xəbər verir ki, ingilis vinger ayağındakı zədəyə görə əməliyyat edilib və bu sezon bir daha meydana çıxa bilməyəcək.

Qriliş ötən ilin yayında "Mançester Siti"dən "Everton"a transfer olub. O, burada icarə əsasında çıxış edir.

İngilis futbolçu cari mövsüm 22 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.