Cari mövsüm zədələlərlə boğuşan "Çelsi"nin gənc futbolçusu Koul Palmer ötən gün "Vulverhempton"la görüşdə het-trik edib.
Offsideplus.az xəbər verir ki, ingilis pleymeyker performansı barədə bunları deyib:
“Bura bəhanə gətirməyə gəlməmişəm, zədələrin öhdəsindən gələcəyəm.
Tam hazır olduğumda nələr edə biləcəyimi bilirəm və ümid edirəm ki, tezliklə həmin formama qayıdacağam. Hazırda sadəcə vəziyyəti idarə edirəm və hədəfə doğru irəliləyirəm".
Palmer cari mövsüm 17 oyunda 8 qol vumağı bacarıb.



