"Bornmut" klubu icarə əsasında heyətində olan Aleks Ximenesi birdəfəlik transfer edəcək.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan futbolçu üçün 19.5 milyon avro ödəyəcək. Onunla 2031-ci ilin yayına qədər müqavilə imzalanacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bornmut"un ödəyəcəyi bu məbləğ "Milan" və "Real Madrid" arasında bərabər bölünəcək.
.A. Ximenes cari mövsüm 22 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.



