"Mançester Yunayted" Kobbi Maynu ilə müqavilə müddətini uzatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Maynu Ruben Amorim dövründə "qırmızı şeytanlar"dan ayrılmağı düşünürdü.
20 yaşlı futbolçu cari mövsüm 15 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.
Onun klubla hazırki sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.


