“Arsenal” klubu “Atletiko Madrid”in hücumçusu Xulian Álvarez üçün vasitəçilərlə ilkin danışıqlar aparıb.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin məqsədi argentinalı futbolçunun transfer imkanlarını qiymətləndirmək və gələcəkdə heyətə qatmaqdır.

Hələ rəsmi razılaşma yoxdur, yalnız ilkin əlaqələr qurulub.