"Qalatasaray"dan "Benfika"ya keçən Kerem Aktürkoğlunun dəyəri artıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli Lissabon təmsilçisindəki çıxışı ilə diqqətləri üzərinə cəlb edib. Bu səbəbdən də yarımmüdafiəçinin qiyməti 125 dəfə artıb. Hazırda Keremin dəyəri 40 milyon avrodur.
Türkiyə millisinin üzvü bu mövsüm "Benfika"nın heyətində 18 matçda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.