Kerem Aktürkoğlu Portuqaliyada yenidən adından söz etdirib.
Offsideplus.az xəbər verir ki, türk ulduz çempionatda göstərdiyi performansa görə, səsverməyə əsasən sentyabr və oktyabr aylarının oyunçusu seçilib.
O, "Sportinq"dən Gyökeresi və "Portu"dan Samunu geridə qoyub.
Qeyd edək ki, Kerem Portuqaliya liqasında meydana çıxdığı 5 matçda 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Aktürkoğlunun qollarını təqdim edirik.