"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az "Diario Gol"a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "Atletiko Madrid"in diqqət mərkəzindədir. Madrid təmsilçisi yanvarda transferi rəsmiləşdirmək üçün danışıqlara başlayacaq. 

Qeyd edək ki, Kerem Aktürkoğlu cari mövsümdən "Benfika"nın şərəfini qoruyur.