"Qarabağ"ın Avroliqada rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Artur Xorxenin yetirmələri doğma meydanda "Moreirenşe"ni sınağa çəkiblər.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 8-ci dəqiqədə Abel Ruiz vurub.

Bu qələbədən sonra xalını 40-a çatdıran "Braqa" turnir cədvəlində dördüncü pillədəki yerini qoruyub.

Qeyd edək ki, "Qarabağ" fevralın 15-də səfərdə, 22-də isə evdə "Braqa" ilə üz-üzə gələcək.