Türkiyə millisinin üzvü Orkun Kökçünün yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Benfika" klubu türk futbolçunu 30 milyon avroya "Feyenoord"dan heyətinə cəlb edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Portuqaliya təmsilçisi transferi bitirməyə yaxındır. Müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub, futbolçuya 120 milyon avro sərbəstqalma məbləği təyin olunacaq. 

Qeyd edək ki, "Benfika" 2022-23 mövsümü üzrə Portuqaliya çempionu olub. 

Xatırladaq ki, Orkun Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.

 

Günay Xəlil