Portuqaliya “Boavişta”sının hücumçusu Edu Ferreyra bu gün 20 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, o, bu gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Edu ağır xəstəliyə düçar olduqdan sonra idmançı karyerasını başa vurub. Bu ay “Boavişta” Eduya dəstək olaraq onunla müqavilənin müddətini 2018/19 mövsümünün sonuna qədər uzatmışdı.



