“Klub hazırda axtarışdadır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sumqayıt” futbol klubunun mətbuat katibi Zaur Xudiyev deyib.
O, “gənclik şəhər” təmsilçisinin qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb:
“Komandanın qış transfer pəncərəsində güclənməsi, heyətə yeni oyunçuların cəlb olunması nəzərdə tutulub. Transferlər olacaq, ancaq konkret neçə nəfər oyunçu olacağı və hansı mövqelər üçün nəzərdə tutulması hələ ki, dəqiq deyil. Daha çox transferlər hücum və müdafiə fazasında planlaşdırılır. Lakin hələ ki, real namizəd yoxdur”.
Qeyd edək ki, “Sumqayıt” 16 turdan sonra 27 xalla 5-ci yerdədir.



