“Legioner həyatıma davam etməyi düşünürəm”.
Bunu Offsideplus.az saytına açıqlamasında Rusiyanın "Zenit" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevaya deyib.
O, bir neçə klubdan təklif aldığını bildirib: “Zenit”lə 1 illik müqaviləm var. Klub yenə müqavilə təklif edir. Hələ ki, düşünürəm. Bu mövzuda tələsmək istəmirəm. Başqa təkliflərim də var. Hansı daha yaxşı olarsa, onu dəyərləndirəcəyəm. 23 yaşım var, fikrimcə, hələ oynamaq potensialına sahibəm. Geri dönmək kimi bir düşüncəm hələlik yoxdu. Avropa ölkərində də özümü sınamaq istəyirəm”.
Mirzəliyeva gələcək planları haqqında da danışıb: “2025-ci ili uğurlu hesab edirəm. Düzdür, “Zenit”lə çempion olmaq şansımız olmadı. Düşünürəm ki, gələn il çempionluğu biz götürəcəyik.
Yığma komanda ilə uğurlu, qələbəli oyunlarımız oldu. Bir qədər sonra Avropa çempionatı matçları başlayacaq. Hazırda həmin oyunlara maksimum köklənmişik. Komanda olaraq yeganə fikrimiz qələbə qazanıb, qrupu keçməkdir”.
Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir.



