Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti qonağı Sportal.az saytının jurnalisti Mirbağırağa Cəfərli olub.
Günün müzakirə mövzusu geridə qoyduğumuz Misli Premyer Liqası üzrə 2024-25 mövsümü, Azərbaycan klublarının yay transfer pəncərəsi gündəmi, "Neftçi"nin yeni transferi və ayrılıqlar, habelə avrokuboklarda iştirak edəcək klublarımızın hazırlığı və digər məsələlər olub.
Verilişi "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.