Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Bundesliqa 2-də növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin yetirmələri səfərdə "Jahn Regensburq"la qarşılaşır.
Mahir yenə qarşılaşmaya ehtiyatda başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.
"Nürnberq" bu matçdan məğlubiyyətlə ayrılıb. Komanda 41 xalla 8-ci yeri tutur.
Əlavə edək ki, Azərbaycan yığmasının hücumçusu sonuncu dəfə noyabrın 3-də fərqlənə bilib.
15:30 "Jahn Regensburq" - "Nürnberq" 2:1
Qollar: Flik, 47 (avtoqol), Ganaus, 55 - Antiste,11
77' - Mahir Emreli oyuna daxil oldu