“Kadinin bərpa prosesi davam edir”.

Bu barədə Offsideplus.az saytına açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, braziliyalı yarımmüdafiəçinin  yaşıl meydanlara nə vaxt çıxacağı dəqiq deyil: “Kadi hazırda özünü yaxşı hiss edir. O, fərdi məşqlərini davam etdirir, kollektiv məşqlərə isə tədricən qoşulur”.

Qeyd edək ki, 29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutan "Çelsi" ilə oyunda zədələnmişdi. Sol fibulasında sınıq olduğu aşkarlanan Borgesin müalicə və bərpa müddətinin təxminən 8-10 həftə çəkəcəyi deyilirdi.