“Futbolçu karyeramda olduğu kimi, məşqçilikdə də iz qoymaq istəyirəm”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov deyib.
"Karvan-Yevlax" la yollarını ayıran mütəxəssis sözügedən qərarı belə şərh edib: “Bildiyiniz kimi, komandada baş məşqçi dəyişikliyi oldu. Yeni baş məşqçi Füzuli müəllim də öz heyəti ilə gəldi. Mən bunu normal qarşılayıram, hər məşqçinin öz heyəti var. Bu səbəbdən də öz istəyimlə ayrıldım. Yəni heç kim məni komandadan uzaqlaşdırmayıb”.
Məhəmmədov yeni iş yeri ilə bağlı sualı belə cavablandırıb: “Bundan sonra daha yaxşı klublarda işləməyə çalışacağam. Hələ ki, təkliflər yoxdu. Ümid edirəm ki, olacaq. Bildiyiniz kimi qapıçı məşqçisi komanda üçün vacib mövqedir. Yəqin ki, hər klub təcrübəli məşqçi ilə çalışmaq istəyər”.
Qeyd edək ki, Yevlax təmsilçisi bu gün Hüseyn Məhəmmədovla yanaşı köməkçi məşqçi Zaur Hacıyevlə də yollarını ayırıb.



