Ötən günlərdə mediada Elvin Cəfərquliyevin Fransanın "Sent Etyen" klubuna transfer olacağı iddia olunmuşdu.

Offsideplus.az bu məsələ ilə bağlı "Qarabağ"dan rəsmi mövqe öyrənib.

Klubda verilən açıqlama belədir:

"Bu istiqamətdə hər hansı bir yenilik yoxdur. Nəsə bir yenilik olsa, klub bu barədə açıqlama verəcək".

Qeyd edək ki, yayılan "Sent Etyen" E. Cəfərquliyevə 3 illik müqavilə təklifi etdiyi qeyd olunmuşdu. 

O, 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.