Rusiyanın “Rostov” klubunun 6 futbolçusu koronavirusa tutulub.

Offsideplus.az xəbər verir ki, buna görə əsas komanda ilə yanaşı gənclər komandası da karantinə göndərilib. “Soçi” isə oyunun təxirə salınmasına razılaşmayıb və “Rostov” məcbur 2003 təvəllüd uşaqları oyuna çıxardıb. Komanda 1-ci dəqiqədə hesabı açsa da, sonra “Soçi” 10 qol vurub.

Oyunda qapıya doğru zərbələrin sayı meydan sahiblərinin xeyrinə olub - 45-2. 

Rusiya çempionatları tarixinə ən böyük hesablı qələbə kimi düşən matçın icmalını təqdim edirik.