“Sabah” klubu iki yeni transfer həyata keçirib.

Offsideplus.az xəbər verir ki,  “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablıSamir Məhərrəmli ilə müqavilə bağlanıb. 2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.