"Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıya qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılardan yalnız Konor Makqreqor "Top-100"də yer alıb.
Son 12 ayda 48 milyon avro gəlir əldə edib ki, bu məbləğin 32 milyonu döyüşlərdən qazanılan, qalanı reklamdan gələn puldur.
İrlandiyalı UFC döyüşçüsü son 1 ildə yalnız 1 dəfə oktaqona çıxıb və Donald Serroneni nokautla yenib.
Qeyd edək ki, Makqreqorun viski istehsalı ilə məşğul olur.