Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bu ölkədə koronavirus pandemiyasına görə dayandırılmış futbol mövsümünün tezliklə bərpa olunacağını bildirib.

Offsideplus.az xəbər verir ki, o, Səhiyyə Nazirliyinin mayın 30-dan çempionatın davam etdirilməsinə icazə verdiyini bəyan edib.

Qeyd edək ki, martdan bəri əksər Avropa ölkələrində olduğu kimi, Ukraynada da futbol dayandırılıb. Klublar bir müddət əvvəl məşqləri bərpa etsələr də, çempionatın nə vaxt bərpa olunacağı bilinmirdi.