İngiltərənin “Mançester Siti” klubunun təyyarəsi koronavirus pandemiyası zamanı zəruri malların daşınması üçün istifadə edilir.

Offsideplus.az xəbər verir ki, komandanın təyyarəsi koronavirus xəstələrinin ehtiyacı olan malların daşınmasında istifadə olunur.

“Mançester Siti”nin təyyarəsi vasitəsiylə daha əvvəl Sudandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 24 tonluq ət daşınıb.