“Mançester Yunayted” klubunun üzvü Markos Roxo koronavirusa görə tətbiq olunan karantin qaydalarını pozduğuna görə cəzalana bilər.

Offsideplus.az xəbər verir ki, hazırda vətəni Argentinada olan futbolçunun dostları ilə birgə əyləndiyi üzə çıxıb.

Onların təşkil etdiyi partidən görüntüləri futbolçunun qaraşı Franko sosial şəbəkə hesabında paylaşıb.