Argentina millisinin sabiq üzvü Ezekiel Lavezzi örnək addımla diqqətləri cəlb edib.
Offsideplus.az xəbər verir ki, veteran yarımmüdafiəçi koronavirus pandemiyası ilə mübarizə üçün ölkəsinə yardım edib. 34 yaşlı sabiq futbolçu böyüyüb-başa çatdığı Villa Qubernator Qalvev qəsəbəsin hesabına 70 min avro dəyərində vəsait köçürüb.
Qeyd edək ki, PSJ və "Napoli"də çıxış edən Lavezzi ötən il karyerasını bitirib.