UEFA Çempionlar Liqasına 8-lər finalı ilə yekun vurmaq variantı üzərində düşünür.

Offsideplus.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, qurum koronavirus pandemiyası ilə əlaqədar dayandırılan yarışı neytral məkanda başa vurmaq niyyətindədir.

Türkiyədə infeksiya sayının artması isə final matçının keçirilməsini sual altına alır. Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda təşkil olunmalıdır.

Qeyd edək ki, UEFA aprelin 23-də quruma üzv olan 55 milli assosiasiya ilə növbəti videokonfrans keçirəcək. Avrokuboklarla bağlı yekun qərarın həmin konfransda veriləcəyi gözlənilir.