Paris-2024 Yay Olimpiya Oyunlarının bədii gimnastika yarışlarında son medal dəsti uğrunda mübarizə başlayıb.
Offsideplus.az xəbər verir ki, qrup hərəkətləri üzrə komandalar final mərhələsinə start veriblər.
İlk çıxışda yığmalar 5 halqa ilə bacarığını göstərir. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi xalçaya 2-ci çıxıb.
Yığmamızın çıxışı 34,850 xalla qiymətləndirilib. Millimiz iki komanda arasında 2-cidir. Mükafatlar uğrunda 8 komanda mübarizə aparır.
Qeyd edək ki, yığmamız təsnifat mərhələsində 8-ci olub.