Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan millisi üç proqramda təmsil olunacaq. Olimpiadanın on birinci günündə Yunan-Roma və qadın güləşində, həmçinin atletikada idmançımız mübarizə aparacaq.

6 avqust

Yunan-Roma güləşi, 77 kq

Sənan Süleymanov

Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0. Süleymanov 1/4 finalda macarıstanlı Zoltan Levai ilə qüvvəsini sınayıb. Təmsilçimiz rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Qadın güləşi, 50 kq

Mariya Stadnik

Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb.

21:30. Yunan-Roma güləşi, 130 kq

Sabah Şəriəti

Medal görüşü

21:57. Atletika, çəkicatma

Final mərhələsi

Anna Skidan