Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında debütünü şərh edib.

Offsideplus.az xəbər verir ki, I turda çinli Bing Jiao Heyə 0:2 (8:21, 7:21) hesabı ilə uduzan milli üzvü növbəti görüşdə daha yaxşı oynamağa çalışacağını bildirib:

"Rəqibim dünyanın 6-cısıdır və bura medal ardınca gəldiyini gizlətmir. Əlimdən gələni etməyə çalışdım. İlk olimpiadamdır. İstər-istəməz həyacan var idi. Çalışacam növbəti oyunda daha yaxşı çıxış edim".