Paris 2024 Yay Olimpiya Oyunlarına sayılı günlər qalıb. İyulun 26-da start götürəcək zirvə yarışı avqustun 11-dək davam edəcək. 1996-cı ildən keçirilən olimpiadalarda iştiak edən Azərbaycan yığması PARİS-2024-də də bəzi idman növlərində əsas favoritlər arasındadır. Son turnirdə istənilən nəticəni qazana bilməyən atletlərimizə bu dəfə ümidlər böyükdür. Gəlin, olimpiaçılarımızın sözügedən yarışlarda göstərdiyi nəticələrlə tanış olaq.

Müstəqil ölkə kimi Azərbaycanın iştirak etdiyi il olimpiada Atalantada olub. Komandamız burada 9 idman növündə 23 idmançı ilə təmsil olunurdu. Yekunda 1 "gümüş" qazanan yığma medal əyara görə 61-ci oldu.

4 il sonra, 2000-ci il Sidney Olimpiadasında Azərbaycan 8 idman növündə 31 atletlə ilə təmsil olunurdu. Komanda hesabında 34-cü olan yığmanın qazancı 2 qızıl və 1 bürünc medal idi.

Afina Olimpiya Oyunlarında 37 idmançımız medallar uğrunda yarışırdı. 10 növdə mübarizə aparan atletlər 1 qızıl və 4 bürünc medal əldə etdilər. Sonda komanda hesabıında 50-ci oldular.

Pekində də Azərbaycan idmançılarının çıxışlarını kafi adlandırmaq olar. 44 olimpiadaçı ilə 10 idman növündə təmsil olunan Azərbaycan yarışı 6 medalla ( 1 qızıl, 1 gümüş, 4 bürünc) tamamladı və 40-cı oldu.

Londonda 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanan idmançılarımız bu olimpiadada 30-cu oldu. Ölkəmiz 15 növdə 53 idmançı ilə təmsil olunurdu.

2016 Rio-de-Janeyro Olimpiadası

56 idmançı, 17 növ.

Qazanılan medal sayı 18 (1 qızıl, 7 gümüş və 10 bürünc).

Komanda hesabında 39-cu yer.

2020 Tokio Yay Olimpiya Oyunları

44 idmançı və 14 idman növü.

Qazanılan medal sayı 7 (3 gümüş və 4 bürünc)

Komanda hesabında 67 yer