Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar verilib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi İngiltərə hökümətinin qoyduğu tələbləri, bir sıra qadağaları nəzərə almaqla 2019/20 mövsümünün tamamlanmasının mümkünlüyünü qərara alıb.

Burada əsas tələb isə oyunların azarkeşsiz keçirilməsidir.

Qeyd edək ki, Avropanın aparıcı çempionatlarından Niderland Erediviziyası və Fransa Liqa 1-də mövsüm ləğv edilib.