Azərbaycanda daha bir futbol qurğusunun başının üzərini «qara buludlar» alıb.

Offsideplus.az xəbər verir ki, Şəmkir stadionu satışa çıxarılıb.
4 hektar ərazisi olan arenaya 4 milyon manat qiymət qoyulub.
Şəmkir stadionu 20 il öncə tikilib. 2004-cü ildə UEFA Kubokunun oyununa ev sahibliyi edib. Eyniadlı komanda yarışın təsnifat mərhələsinin ilk raundunda «Tbilisi» ilə qarşılaşıb və 1:5 hesabıyla uduzub.  (Sportinfo.az)