"Barselona" rəhbərliyi baş məşqçi Kike Setyenlə yolları ayırmağa hazırlaşır.

Offsideplus.az Goal.com-a istinadən xəbər verir ki, "Barselona" futbolçuları "Selta" ilə oyundan (2:2) sonra paltardəyişmə otağında Kike Setyenlə mübahisə ediblər.
Katalon klubu Çempionlar Liqasını qazansa, Setyen komandada qalacaq.
Onu əvəzləməyə 2 real namizəd var. Komandanı müvəqqəti olaraq "Barselona B"nin çalışdırıcısı Qarsiya Pimyenta çalışdıra bilər. Digər namizəd isə Xavidir. Gənc mütəxəssis isə prezident seçkisindən sonra tam ixtiyar sahibi kimi kluba gəlmək fikrindədir: "Orada hər şeyi sıfırdan başlaya biləcəyim bir vaxtda olmaq istəyirəm. Dəfələrlə demişəm, "Barsa"da qərarlar verən məsul şəxs qismində olmaq istəyirəm. Prezident seçkilərindən sonra klubda baş məşqçi olmağı daha üstün tuturam".
 Qeyd edək ki, Kike Setyen bu ilin yanvarından "Barselona"nı çalışdırır. (fanat.az)