Londonun "Arsenal" klubu Məsut Özillə yolları ayırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "topçular"ın rəhbərliyi heyəti gücləndirmək üçün vəsait əldə etmək məqsədi ilə Mesut Özili satmaq qərarına gəlib.

Ancaq 31 yaşlı futbolçu komandanı tərk etmək istəmir. Özil 2021-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləsinin sonuna kimi "Arsenal"da qalmaq niyyətindədir.

Cari mövsümdə 23 matçda meydana çıxan Özil 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.