Tanınmış idmançı Kamil Zeynallının dava görüntüləri yayılıb.

 Offsideplus.az xəbər verir ki, yayılmış görüntülərdə postların birində K.Zeynallının bir nəfərin üzərinə hücum edərək, ona ardıcıl bir neçə zərbə endirdiyi öz əksini tapıb. Qarşı tərəf K.Zeynallınını ağır küçə söyüşləri ilə təhqir edib.

Polis əməkdaşlarının və ətrafdakı insanların müdaxiləsindən sonra ara sakitləşib. Davanın hansı səbəbdən və harada baş verməsi məlum deyil.