“Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduüları yoxlama oyunundan sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunu belə dəyərləndirib:

"İşimizə başlamaq xoşdur. Amma bu gün futbolçulardan nəsə tələb etmək düzgün deyil. 8 gündü məşqlərə başlamışıq. Çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir. Komandanın oyunundan razı qaldım. Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik. Baxımlı futbol gözləmək düzgün deyil. Bu qədər fasilədən sonra gözəl futboldan danışmaq üçün tezdir. Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu".