“Beşiktaş” klubunun futbolçusu Jorj-Kevin Nkudunu zədələnib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı fransalı oyunçunun sağ budunun yuxarı hissəsində ödem aşkarlandığı diqqətə çatdırılıb.

Onun müalicəsinə başlanılıb. Lakin futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.