Tacikistan Futbol Federasiyası ölkədə bütün futbol turnirlərini təxirə salıb.

Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyasından qorunmaq məqsədi ilə Tacikistanda bütün kütləvi tədbirlərin dayandırılması 3 turu geridə qalan liqaya da öz təsirini göstərib.

Sözügedən ölkədə 10 may tarixinə qədər nəzərdə tutulan qabaqlayıcı tədbirləri əsas göstərən federasiya əhalinin sağlamlığının daha vacib olduğunu vurğulayıb.