Fransanın "Monpelye" klubunun futbolçusu Junior Sambiyada koronavirus infeksiyası aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, çərşənbə axşamı xəstəxanaya yerləşdirilən 23 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu, Fransa Liqasında iştirak edən oyunçular arasında ilk yoluxma olub.
Vəziyyəti ağır olan fransalı futbolçunun süni koma vəziyyətinə salındığı bildirilib.