Neymar “Barselona”ya qayıtmaq istəyir.

Offsideplus.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Kike Setyen Neymarın komandaya qayıdacağına inanmadığını açıqlamış, buna səbəb kimi koronavirusdan sonra klubdakı maliyyə problemini göstərmişdi.

İspaniya mətbuatı braziliyalı ilə bağlı yeni bir iddia ortaya atıb. 28 yaşlı futbolçunun “Barselona”ya dönmək üçün hazırkı maaşının yarısına belə razı olacağını yazıb.

Xatırladaq ki, Neymar PSJ-də illik 52 milyon avro qazanır. Futbolçunun satış qiyməti isə 150 milyon avrodur.