Berti Foqtsun dövründə əsas milli komandada, ardınca "Sumqayıt"da və son olaraq "Neftçi"də qapıçılar üzrə məşqçi kimi çalışan Etibar Tarıverdiyev bu gün də sevimli işinin başındadır.

 Elitada olmasa da, Tarıverdiyev hazırda Azərbaycanın U-15 və U-16 millilərində fəaliyyətinə davam edir.

Onun bu gün adından söz etdirən bir çox qapıçı üzərində az əməyi olmayıb. Hansı ki, həmin qolkiperlər hazırda ölkənin adlı-sanlı klublarında, milli komandada "çərçivə"yə nəzarət edirlər.

Offsideplus.az həmin qapıçıların bir neçəsindən vaxtilə onlara müəllimlik etmiş Etibar Tarıverdiyev haqda fikirlərini öyrənib.

Şahruddin Məhəmmədəliyev ("Qarabağ"): "Etibar Tarıverdiyevin mənə çox köməyi dəyib. Onun haqda fikirlərim, şübhəsiz, müsbətdir. Etibar müəllimlə bu gün də əlaqəm var. Mənə çox dəstək olur".

Anar Nəzirov ("Zirə"): "Onun haqda çox şey danışmaq olar. Etibar Tarıverdiyev özünü həm məşqçi, müəllim, həm də bir insan kimi sevdirən şəxslərdəndir. İstər milli komandada, istər "Sumqayıt"da, istərsə də "Neftçi"də çalışdığı dönəmlərdə peşəkarlığı, işi ilə özünü sübut etmiş insandır. Onunla işlədiyim, dostluq etdiyim üçün sevinirəm. Etibar müəllimə gələcək karyerasında uğurlar arzu edirəm".

Səlahət Ağayev ("Qəbələ"): "Etibar müəllimlə uzun illər bir yerdə işləmişəm. Onunla təkcə məşqçi-futbolçu kimi yox, həm də yaxın dost olmuşuq. Etibar Tarıverdiyev həm müasir qapıçı məşqçisi, həm də gözəl insandır. Onunla zarafatımız da var. Etibar müəllimə həmişə deyirdim ki, "hoca, bizi güldürə-güldürə öldürdün" (gülür).

Tərlan Əhmədli ("Turan Tovuz"): "Etibar müəllimlə "Sumqayıt"da dörd ildən çox birlikdə çalışmışıq. Çox yaxşı günlərimiz olub. O, həm peşəkar, müasir biliklərə malik mütəxəssis, həm də çox yaxşı insandır. Etibar Tarıverdiyevin üzərimdə böyük əziyyəti olub. Bunu heç vaxt unutmayacağam. Onun ünvanına ancaq xoş fikirlər səsləndirərəm. O, bizlərə qardaş kimi olub. Etibar Tarıverdiyevi yenidən Premyer Liqada görmək istərdim. Ona gələcək karyerasında bol-bol uğurlar arzu edirəm".

ncv

hds

fjf

WhatsApp Image 2023 06 04 at 19.39.21