"Keşlə"nin yeni transferi Anatole Bertrand Abanq Offsideplus.az-a eksklüziv müsahibə verib.

24 yaşlı kamerunlu hücumçu "Şeriff" klubunu tərk etmə səbəblərindən, yeni klubu "Keşlə"dəki hədəfləri və Azərbaycanda çıxış edərək nələrə nail olacağından söz açıb. 

Qeyd edək ki, “Nyu York Red Bulls”, “Astra”, SJK, “Hobro” “Reynbou” kimi klubların şərəfini qoruyan Abanq paytaxt klubu ilə 1 illik müqavilə imzalayıb.

Müsahibənin geri qalanını təqdim eidrik:

- 4 ay öncə Bakıda "Qarabağ"a qarşı oynamışdın. Həmin görüşdən sonra Azərbaycan haqda təəssüratların nələr olmuşdu?

- Çox yaxşı təəssüratlarım oldu, aylar sonra Azərbaycana qayıdıb "Keşlə"yə qatılmaq qərarına gəldim. Bu mənim üçün bir yenilikdir və buraya gəlmişəm ki, "Keşlə"yə əlimdən gələnin ən yaxşısını verim və komandaya çempionatda yüksəlməyə kömək edim.

- "Keşlə" ilə əlaqələrin və danışıqlar necə başladı?

- "Keşlə" menecerimlə əlaqəyə keçdi və o da belə bir təklif olduğu barədə mənimlə danışdı. Təklif haqqında düşündüm və qəbul etdim. 

- "Keşlə"yə keçərkən ilk təəssüratlarınız nə oldu?

- Xoşbəxt idim, çünki "Keşlə" kimi kluba qatılmaq üçün keyfiyyətlərimin olduğunu bilir və Azərbaycana futbol oynamağa gəlmək istəyirdim. Klubun ilk pillələrdə olmadığını bilirəm, lakin təklifi qəbul etdim və menecerimdən müqaviləni imzalamasını tələb etdim. Bundan əlavə, "Keşlə"nin aşağı yerlərdə qərarlaşdığını görsəm də bu məni narahat etmir.

- "Şeriff"i tərk edib "Keşlə"yə qatılmağınızın səbəbləri nə idi?

- Müşahidələrimə əsasən, "Keşlə" yaxşı komandadır. Hazırkı durumları da yaxşıdır, mənə yaxşı təkliflə gəldilər, gələcək üçün yaxşı planları və oyunçuları var. Bu amillər çox vacibdir. 

- Hədəfləriniz nədir və "Keşlə" ilə nələrə nail olmaq istəyirsiniz?

- Hədəfim komandanı ikinci və ya üçüncü pilləyə daşımaqdır. Mükmündürsə, "Keşlə"ni zirvəyə yüksəltmək və Avropa turnirlərində yarışmaq imkanı qazanmaq istəyirəm. Tək istəyim komandaya müvsümün sonunadək zirvəyə çatmağa yardım etməkdir.

- Yeni klubunuza və Bakıya tez bir zamanda necə öyrəşəcəksiniz?

- Məmnunam, çünki yaxın zamanlarda həyat yoldaşım və övladım da gələcək və bunun sayəsində işimə daha çox fokuslana biləcəm. Pandemiya səbəbindən şəhəri istədiyim qədər gəzə bilmirəm. Buna görə də hər şey daha yaxşı olana kimi çalışmalı və evdə qalmalıyam. 

WhatsApp Image 2020 12 30 at 14.16.55

- "Keşlə"nin hazırda yeddinci pillədə olduğunu bilirsiniz. Yeni komandaya qatılmaq üçün uyğun zamandır, sizcə?

- Razılığa gəlmədən öncə komandanın vəziyyəti barədə məlumatım vardı. Məncə, bu komandaya qatılmaq üçün ən yaxşı zamandır, çünki komandaya yardım edə və bunun sayəsində özümə ad qazana bilərəm. "Keşlə" hazırda yeddinci pillədədir, mövsümün sonunadək bunu dəyişib ən azı 2-ci pilləyə yüksəlmək istəyirəm. Bundan əlavə, bu, mənim komanda yoldaşlarımın performansından və meydanda göstərdiyimiz birgə əməkdaşlıqdan da asılıdır. Onların da yardımı ilə komandanı zirvəyə daşıya bilərik. Bir oyunçu kimi öz bacarıqlarıma bələdəm və komandaya qatqılar verəcəyimi bilirəm. Azərbaycanda ən yaxşı hücumçu olacağıma inanıram, çünki buna potensialım var.

- UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşı oynadığınız "Qarabağ" hazırda Azərbaycanın ən nəhəng klublarından birincisidir. "Keşlə"nin "Qarabağ"la eyni ola biləcəyinə inanırsız?

- "Qarabağ"ın böyük komanda olduğu doğrudur, amma mənim üçün sıradan komandadır".

 

JOHNPAUL NNAMDI