Offside Sport Media-nın "Oyundan Kənar" layihəsinin bu dəfəki qonağı şahmat üzrə Azərbaycan çempionu, ikiqat Avropa birinciliyinin qalibi, 14 yaşlı şahmatçılar arasında dünya çempionu, Olimpiya çempionu və son olaraq Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq "Aeroflot Open" turnirinin qalibi adına yiyələnən Aydın Süleymanlı olub.

 Qonağımız ilk olaraq, Moskvadakı möhtəşəm zəfəri ilə bağlı təəssüratlarını bölüşüb. Aydın Süleymanlı daha sonra şahmatla bağlı müxtəlif sualları cavablandırıb. Yeniyetmə istedad futbolla bağlı da danışıb. İngiltərənin "Tottenhem" klubunun azarkeşi olan Aydın Süleymanlı UEFA Çempionlar Liqasının qalibinin "Bavariya" olacağını deyib.

 Bütün suallar və maraqlı anlar təqdim edəcəyimiz videomüsahibədə: