"Neftçi"nin futbolçusu Sessi D`Almeyda zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Benin yığmasının baş məşqçisi məlumat verib.

30 yaşlı yarımmüdafiəçi bugünkü Misirlə oyunda iştirak edə biləcək.

Qeyd edək ki, Benin - Misir matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşdə qələbə qazanan komanda Afrika Millətlər Kubokunda 1/4 finala yüksələcək.