"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, italiyalı Rikkardo De Vivo komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu “Dinamo” (Tbilisi) olub.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Qeyd edək ki, Ə. İsmayılov Elmar Baxşıyevın dövründə də köməkçi məşqçi kimi çalışırdı.