AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasında XVI turundakı hakim qərarlarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, Əliyar Ağayevin "Karvan-Yevlax" - "Neftçi" oyununda (1:2) səhv qərar verdiyini söyləyib.
O, ilk hissənin sonlarında "Neftçi"nin qapısına verilən penaltinin yanlış olduğunu deyib.
R. Həsənov "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərində səhvlərin olmadığını vurğulayıb.



