"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayev kluba təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə öz sosial media hesabında paylaşım edib.
"Rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm".
Qeyd edək ki, Q. Qarayev klub rəhbərliyi ilə görüşərək komandadan ayrılmaq istədiyini bildirib. Naxçıvan təmsilçisi də onun bu istəyinə "yox" deməyib.



